Rusiyada bir vaxtlar məşhur olan çoxsaylı şirkətlər hazırda düşdükləri böhranla əlaqədar olaraq öz fəaliyyətlərini ya tamamilə, ya da qismət dayandırmağa məhkum olublar.
Bakupost.az xəbər verir ki, öz fəaliyyətini kiçiltməyə məhkum olan şirkətlərdən biri də məşhur "Letual" parfümeriya-kosmetika pərakəndə satış şirkətidir.
Şirkət bir neçə günün içində ölkə ərazisindəki 150 mağazasını bağlamalı olub. Keçən il isə 93 satış nöqtəsini bağlamışdı.
Məlumata görə, 2012-ci ilən bəri şirkətin itkiləri ilk dəfə olaraq 1 milyard rublu keçib. Səbəb kimi alıcıların onlayn satışa axını, çeşidin və satışın azalması göstərilir.
Ümumiyyətlə, son illər Rusiyada çoxsaylı iri pərakəndə satış mərkəzləri ziyanla işləyib.
Məsələn, “Zenden” şirklərinin 427 mağazasından 57-si, “Qloria Yeans”ın 100, “Ostin”in 62, “VkusVill”in 2259 mağazasından 286-sı, “Şokoladnitsa”nın 278-dən 42-si, “Concept Group”un 284-dən 133, “Sfetoforun 2719-dən 315-i, “Modis”in 120-dən 89-u, “Zollan”ın 492-dən 35-i, “Face Code”, “İncity” və “Deseo”nun isə bütün mağazaları bağlanıb.
Rüfət Sultan, BakuPost