Ru
20:48 / 13 Oktyabr 2025

Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlanır - Kallas açıqladı

Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlanır - Kallas açıqladı
Eye

"Avropa ABŞ ilə eyni mövqedə Ukraynada müharibənin tezliklə bitməsini istəyir. Kiyev də bizim mövqe ilə ortaqdır".

Bakupost.az xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya onlara cavab olaraq hələ də susur:

"Əvəzində Ukraynaya zərbələri artırıb. Xüsusilə də qış öncəsi enerji infrastrukturunu hədəf götürüb. Biz ondan danışıqlar masasında oturmağı gözlədiyimiz halda, o əksini edir. Bu da vadar edir ki, biz Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq edək və onu artıq hazırlayırıq. Rusiya iqtisadiyyatı artıq ən zəif dövrünü yaşayır. Bizim sanksiyalar paketi həlledici olacaq".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar