Ru
15:05 / 29 Noyabr 2021

Saakaşvilinin məhkəməsində qarşıdurma: 15 nəfər saxlanıldı - YENİLƏNİB

2619

Tbilisi Şəhər Məhkəməsinin binası qarşısında keçirilən etiraz aksiyası zamanı 15 nəfər saxlanılıb.


Bakupost.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.


Bildirilib ki, həmin şəxslər polisin qanuni tələbinə əməl etməyiblər.


***

11:54


Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvilinin məhkəməsinin keçirildiyi Tbilisi Şəhər Məhkəməsinin ətrafına toplanmış aktivistlərlə polis arasında qarşıdurma baş verib.


Bakupost.az xəbər verir ki, məhkəmə binasının yaxınlığındakı beton məhəccərə dırmanmağa çalışan etirazçılara polis icazə verməyib.

Nəticədə tərəflər arasında fiziki qarşıdurma yaranıb, xəsarət alanların olduğu bildirilir.

Gürcüstan Daxili İşlər Nazirliyi vəziyyətlə əlaqədar yaydığı bəyanatda aksiyanın təşkilatçılarını və siyasi liderləri zorakılığa yol verməməyə çağırıb.

Saakaşvilinin məhkəməsində qarşıdurma: 15 nəfər saxlanıldı -  YENİLƏNİB
Saakaşvilinin məhkəməsində qarşıdurma: 15 nəfər saxlanıldı -  YENİLƏNİB
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər