Ru
14:15 / 08 Oktyabr 2021

Aclıq edən Saakaşvilinin səhhəti getdikcə pisləşir

Aclıq edən Saakaşvilinin səhhəti getdikcə pisləşir
Eye

"Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili artıq 8-ci gündür aclıq edir və onun fiziki durumu getdikcə pisləşir".

Bakupost.az xəbər verir ki, bunu M.Saakaşvilinin vəkili Beka Basilaya jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ailə üzvləri sabiq dövlət başçısı ilə bazar ertəsi görüşə biləcəklər.

Qeyd edək ki, eks-prezident oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavidə 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilmiş siyasətçi aclıq aksiyası keçirir. O, aksiyanı dayandırmayacağını bildirib. M.Saakaşvilinin atası Nikoloz Saakaşvili bu gün oğluna müraciət ünvanlayıb və onu aclığı dayandırmağa çağırıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar