Aprelin 23-də Firudin bəy Köçərli adına Respublika uşaq kitabxanasında XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya müəssisəsinin şagirdləri ilə Xalq şairi Sabir Rüstəmxanlının görüşü keçirilib.
Bakupost.az xəbər verir ki, şagirdlərdən Məmmədli Salma, Dyadina Viktoriya, Qumbətova Liliya Xalq şairinin həyat və yaradıcılığı haqqında məlumat vermiş, onun şeirlərindən və "Qarabağa dönüş” poemasından parçalar səsləndiriblər.
Tədbirdə şagirdlərdən Zalova Günəşin bəstələdiyi və pianinoda çaldığı müsiqi şairə orijinal bir hədiyyə olub.


