Ru
17:30 / 21 İyun 2021

Sabir Rüstəmxanlıya həsr olunan yeni kitab çap edildi - FOTO

1838

AMEA Nizami adına Ədəbiyyat institunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin hazırladığı "Xalq şairi Sabir Rüstəmxanlı" adlı elmi araşdırmalar toplusu "Elm və təhsil" nəşriyyatında çap edilib.


Bakupost.az xəbər verir ki, "Sənətkarın elmi pasportu" silsiləsindən buraxılmış, 484 səhifəlik kitaba institutun direktoru, akademik İsa Həbibbəyli "Xalq şairi Sabir Rüstəmxanlı: millilik, vətəndaşlıq və müasirlik" adlı geniş ön söz yazıb.

AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun, fəlsəfə elmlər dokturu Rahid Uluselin, filoloğiya elmləri doktorları Salidə Şərifova və Mərziyyə Nəcəfovanın, filoloğiya üzrə fəlsəfə doktorları Qurban Bayramov və Bahar Bərdəlinin, böyük elmi işçi Mənzər Niyarlınnın, kiçik elmi işçı Hənifə Səlifovanın yazdıqları bölümlərdə şairin həyatı, ədəbi və ictimai-siyası fəaliyyəti bütün cəhətləri ilə araşdırılıb, yüksək peşəkarlıqla dəyərləndirilib.

Kitabın sonunda Turan Qasımovanın hazırladığı geniş ədəbiyyat siyahısı verilib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər