Soğan yeməklərin əvəzolunmaz qidalarından biridir. Hər zövqə xitab edən və yeməkləri zənginləşdirən soğanın saysız-hesabsız faydaları var.
Soğan qədim zamanlardan müalicə üçün istifadə edilib. Ev şəraitində saç baxımı dedikdə ağlımıza dərhal soğan gəlir. Soğan bol fol turşusu, C vitamini və kükürd ilə zəngindir. Tərkibi ilə baş dərisi infeksiyalarına qarşı mübarizə aparır. Saçların qırılmasının qarşısını alır, vaxtından əvvəl ağarmasını ləngidir. Soğan təbii saç yağı kimi istifadə edildikdə güclü iltihab əleyhinə, funqisid, antioksidant və antibakterial müalicə təmin edə bilər. Saç tökülməsi problemini də aradan qaldıra bilər.
Müxtəlif səbəblərdən saç tökülməsi problemi ilə qarşılaşa bilərsiniz. Yaşlanma normal bioloji prosesdir. Bu, bədənin hər bir hissəsinə, o cümlədən dəri və daha kövrək olan sümüklərə də təsir göstərir. Saçlar da oxşar təsirlərdən əziyyət çəkir.
Qadınlarda hormonal balanssızlıq səbəbindən saç tökülməsinə daha çox rast gəlinir. İrsi faktor, xüsusən də kişi tipli keçəllik ən çox kişilərdə olsa da, qadınlarda da ola bilər.
Qidalanma vərdişləri saç sağlamlığına təsir edən başqa bir amildir. Proteinlər saçın tikinti materialıdır. Sink və maqnezium da saçın sağlam saxlanmasında mühüm rol oynayır. Daimi pəhriz, nizamsız qidalanma saç tökülməsinə səbəb ola bilər.
Müalicə olunmayan baş dərisi xəstəlikləri, xüsusilə infeksiyanın daha qabarıq olduğu yamaqlı bölgədə ciddi saç tökülməsi baş verə bilər. Eyni şəkildə, kimyaterapiya olunan xərçəng xəstələri adətən müalicəyə başladıqdan bir neçə həftə sonra saç tökülməsi ilə qarşılaşırlar.
Həmçinin, estrogen səviyyəsinin aşağı düşməsi səbəbindən bir çox qadın hamiləlikdən sonra bir neçə ay ərzində saç tökülməsi yaşayır. Eynilə, tiroid xəstələrində topac şəklində saç tökülməsi müşahidə edilir. Müxtəlif səbəblərdən yaranan bu saç tökülməsi problemini soğan yağından istifadə etməklə aradan qaldırmaq mümkündür.
Soğan yağı saçların daha sürətli uzanmasına və daha sağlam görünən saçlara sahib olmağa kömək edir.
Soğan yağı yüksək miqdarda kükürd ehtiva edir və saçların qırılmasının, uclarının ayrılması və incəlməsinin qarşısını alır. Kükürd saç lifinin gücü üçün lazım olan zülal istehsalına kömək edir.
Soğan yağında olan bəzi fermentlər saçınızı sərbəst radikalların zədələnməsindən qoruya və vaxtından əvvəl ağarmağı gecikdirməyə kömək edə bilər. Soğan yağı da baş dərisində pH balansını qoruyur. Saçların qidalanmasını və balanslı uzanmasını təmin edir. Baş dərisinə mütəmadi olaraq soğan yağı sürtmək bakterial infeksiyaların, kəpəklərin və qaşıntıların qarşısını almağa kömək edə bilər.
Saçınızı yumazdan əvvəl mütləq soğan yağı ilə saçınızı masaj edin ki, şampun baş dərinizdən nəm çəkməsin. Bu zaman soğan yağı təbii kondisioner kimi istifadə edilə bilər.
Bundan əlavə, saçınızı yumazdan əvvəl soğan yağından istifadə etmək istəmirsinizsə, yuyulduqdan sonra saçın uclarına çəkə bilərsiniz.
Normal soğan yağı saçlarınızı parlaq, hamar, nəmli və elektrikləndirə bilər. Soğan suyu və bal birlikdə istifadə edilərsə, saç tökülməsinin müalicəsi üçün əla olacaq. Buna görə də, soğan suyu və bal pastası qarışığını baş dərisinə çəkib 30 dəqiqə gözləyin və yuyun. Həftədə 1-2 dəfə müntəzəm olaraq tətbiq etdikdə gözəl təsirini görə bilərsiniz.
Saçlar üçün möcüzələr yaratdığı bilinən isti yağ prosedurlarını da sınaya bilərsiniz. Soğan saç yağı tək başına və ya isti yağ müalicəsi olaraq başqa bir yağla birlikdə baş dərisinə tətbiq oluna bilər.
Ovuc içinə bir neçə damcı soğan yağı tökün və uclarına doğru hərəkət edərək baş dərinizə yumşaq bir şəkildə masaj edin. Saçınıza soğan yağını çəkdikdən sonra bir gecə saxlayın. Səhər yuxudan duranda saçınızı yuyun. Həftədə 2-3 dəfə təkrarlayın.
Aynur
BakuPost