Ru
19:08 / 19 Oktyabr 2020

Şahdağ parkında yanğın başlayıb

Şahdağ parkında yanğın başlayıb
Eye

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonunun Xanəgah kəndində Şahdağ Milli Parkın ərazisində yanğın olması barədə məlumat daxil olub.

“BakuPost” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb edilib.

İlkin məlumata görə, təqribən 5 ha sahədə quru ot və kol-kos yanır.

Yanğının baş verdiyi ərazi çətin keçilən mürəkkəb relyefdə yerləşir. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar