Ru
19:12 / 10 İyun 2026

Saleh Səmədovun məhkəməsi: Özünü təqsirli bildi

Saleh Səmədovun məhkəməsi: Özünü təqsirli bildi
Eye

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə DTX tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.


Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs Saleh Səmədov ifadə verib. O, özünü qismən təqsirli bildiyini deyib. Növbəti proses 1 iyula təyin olunub.

Xatırladaq ki, Saleh Səmədov AR Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur.Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. O, həmçinin ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar