Ru
11:33 / 21 Oktyabr 2025

Şamxaninin qızının toyu: “şəriət qaydası”, hicab yoxdur - Foto

Şamxaninin qızının toyu: “şəriət qaydası”, hicab yoxdur - Foto
Eye

İranın ali rəhbəri Əli Xameneinin müşaviri, kontr-admiral Əli Şamxaninin qızının toy məclisində çəkilmiş görüntülər sosial şəbəkələrin İran, Azərbaycan, İsrail, Türkiyə və ərəb ölkələrinin seqmentlərində geniş müzakirəyə səbəb olub. Bir toy mərasimindən yayılan görüntülərin belə geniş çoğrafiyada müzakirə mövzusu olmasının yeganə səbəbi toy mərasimində şəriət qaydalarına əməl etməyən gəlinin atasının şəriət qaydalarına əsaslanan dövlətin əsas simlarından biri olmasıdır.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərov qeyd edib.

O xatırladıb ki, kontr-admiral Əli Şamxani İran İslam Respublikasının müdafiə naziri, Təhlükəsizlik Şurasının katibi, Məqsədliliyi Müəyyənetmə Şurasının üzvü olub, hazırda isə ali rəhbərin müşaviri kimi yüksək vəzifə tutur:

“Əli Şamxaninin qızının toy məclisindən yayılan görüntülər İranda dini dəyərlərinin və şəriət qaydalarının tamamilə gözdən düşdüyünün növbəti təsdiqidir. Xatırladım ki, İran cəmiyyəti bu gün ateist və deistlərin ən yüksək faizə malik olduğu müsəlman ölkəsidir. İran cəmiyyətinin 20 faizini ateistlər, 48 faizini deistlət təşkil edir. İran əhalisinin 78 faizi dinin tələblərinə əməl etmir. Dini qaydalara əməl edənlərin bunu rejimin qorxusundan, məcburiyyətdən etdiyinə də heç bir şübhəm yoxdur. Bütün bunlara görə Əli Şamxaninin qızının toy məclisində çəkilmiş görüntülər məni təəccübləndirmədi. Məni düşündürən yeganə məsələ ilyarım öncə olmuş toy məclisinin görüntülərinin indi yayılmasıdır".

Asena,
BakuPost

Şərhlər
  • Bəhrami

    Tarixi xalq Kəlamı, ağaqqal sözü *Yuxarı bığdır-nə üfürür özü də bilir, aşağı saqqaldır-yuxarının tüpürcəyinə dözmür!?* hər zaman üçün ümum-ictimai bərabər haqq-ədalət və ibrət dərsi aktual olub.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar