Ru
20:20 / 20 Yanvar 2026

Avropa ABŞ istiqrazlarından bu üçün istifadə edə bilər

Avropa ABŞ istiqrazlarından bu üçün istifadə edə bilər
Eye

Avropa ABŞ istiqrazlarından Qrenlandiya məsələsində rəsmi Vaşinqtona təzyiq göstərmək üçün istifadə edə bilər.

Bakupost.az xəbər verir ki, amerikalı ekspert Rebekka Patterson "Financial Times"də (FT) dərc olunan məqaləsində bu barədə yazıb.

O qeyd edir ki, Avropadakı ABŞ istiqrazları ehtiyatı Ağ Ev rəhbəri Donald Trampa güclü təsir vasitəsi ola bilər. Ekspertin fikrincə, hərbi tələblər səbəbindən artmaqda olan büdcə kəsiri daha çox istiqraz tələb edir.

R.Pattersonun sözlərinə görə, bu, ABŞ-nin əsas istiqraz alıcılarını məyus etmək istəməməsindən xəbər verir.

Ekspert bildirib ki, Avropanın isə Vaşinqtonu Qrenlandiyanı ilhaq etməkdən çəkindirmək məqsədilə hökumətlərlə əlaqəli investorları ABŞ-nin dövlət istiqrazlarındakı paylarını azaltmağa təşviq etməsi mümkündür.

Bu, həmçinin digər səhmdarların da ABŞ-nin müxtəlif maliyyə bazarlarında payını azaltması ilə nəticələnə bilər.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar