12:54 / 21 Sentyabr 2021

Saxta COVID-19 pasportu satan daha bir nəfər tutuldu

553
Daxil olmuş məlumat və aparılan yoxlamalar nəticəsində pul müqabilində bəzi vətəndaşların saxta COVİD-19 pasportu ilə təmin edilmələri məlum olub.

Bu barədə Bakupost.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə rayon sakini Sadiq Şərbətovun vətəndaşlara vaksin vurulmadan saxta COVID-19 pasportu təşkil etməsi barədə daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun 3 nəfərə saxta COVID-19 pasportu satışını təşkil etməsi müəyyən edilib.

S.Şərbətov həmin 3 nəfərin birinci doza peyvənd vurulmasının qeyd olunmasından ötrü şəxsiyyət vəsiqələrini və hər biri üçün 100 manat pulu Lerik rayon sakini Mahir Əliyevə göndərib. M.Əliyev də öz növbəsində həmin sənədləri və pulu Lerik Rayon Mərkəzi Xəstəxanasının Daster kənd həkim məntəqəsinin feldşeri Anar Məstəliyevə göndərərək COVİD-19 pasportlarının hazırlanmasını təşkil edib.

M.Əliyevin mobil telefonuna baxış keçirilən zaman respublikanın müxtəlif şəhər və rayon sakinlərinin şəxsiyyət vəsiqələrinin şəkillərini vatsap ani mesajlaşma proqramı vasitəsilə qəbul etməsi və onlar üçün hazırlanmış saxta COVID-19 pasportlarının fotoşəkillərinin geri göndərilməsi müəyyən edilib.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər