Ru
10:14 / 27 Yanvar 2020

Seçki bülletenlərinin çapına başlanılır

1977
Bu gündən Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərlə əlaqədar Milli Məclisin Mətbəəsində seçki bülletenlərinin çapına başlanacaq.

BakuPost “Secki-2020.az”a istinadən məlumat verir ki, artıq seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər MSK-nın qərarına əsasən müəyyənləşdirilib.


Milli Məclisə seçkilərlə əlaqədar isə 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap ediləcək.Qeyd edək ki, seçki bülletenlərinin çap olunması prosesinin mühafizəsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.

Xatırladaq ki, Seçki Məcəlləsinin 99.4-cü maddəsinə əsasən, MSK-nın qərarı ilə müvafiq poliqrafiya müəssisəsi səsvermə gününə ən azı 10 gün qalanadək seçki bülletenlərinin hazırlanmasını təmin etməlidir.

Seçki bülletenlərinin MSK-dan dairə seçki komissiyalarına verilməsi fevralın 4-dək, dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi fevralın 6-dək başa çatmalıdır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər