Ru
16:10 / 22 May 2019

“Sədərək” ticarət mərkəzində vətəndaşın 47 min pulunu oğurlayıb qaçdılar - FOTO

1704
Bakıda soyğunçuluq olub.


 

Hadisə "Sədərək” ticarət mərkəzində qeydə alınıb.


Masallı rayon sakini, 1957-ci il təvəllüdlü İsrafilov Nadir İsrafil oğlu mayın 20-də Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək, həmin gün saat 16:30 radələrində ticarət mərkəzində bir nəfər naməlum şəxsin içərisində 7700 dollar, 34581 AZN olmaqla ümumilikdə 47671 manat pul olan sellofan torbanı əlindən alaraq qaçdığını bildirib.


Daxil olan məlumat əsasında axtarışlara başlanılıb.


Hadisəni törədən şəxs həmin ərazidəki təhlükəsizlik kameralarına düşüb.


 Hadisəni törədən şəxsin təhlükəsizlik kameralarına düşən görüntüləri əldə olunub.


Fotodakı şəxsi tanıyanlardan 0556172303, 0556567494 və 0557684123 nömrələrinə məlumat vermələri xahiş olunur.

“Sədərək” ticarət mərkəzində vətəndaşın 47 min pulunu oğurlayıb qaçdılar  - FOTO
“Sədərək” ticarət mərkəzində vətəndaşın 47 min pulunu oğurlayıb qaçdılar  - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər