Ru
11:55 / 12 Oktyabr 2022

Səfirlik avtomobiliinin atəşə tutulması ilə bağlı vəkil XİN-ə çağırıldı

4154
ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, ona Azərbaycanın ciddi narahatlığı və narazılığı ifadə edilib.


Bu barədə Bakupost.az a XİN-dən məlumat verilib.


Belə ki, oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. Məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili oktyabrın 12-də XİN-ə çağırılıb, baş vermiş hadisə ilə bağlı Azərbaycanın ciddi narahatlığı və narazılığı ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər