Ru
10:50 / 04 İyul 2025

Azərbaycan qırıcıları Konyada "fil yürüşü"ndə iştirak etdi

Azərbaycan qırıcıları Konyada "fil yürüşü"ndə iştirak etdi
Eye

Türkiyənin Konya şəhərində keçirilən "Anadolu qartalı - 2025" beynəlxalq təlimində döyüş qırıcılarının "fil yürüşü" keçirilib.

Bakupost.az xəbər verir ki, "Report"un Konyaya ezam olunmuş müxbiri xəbər verir ki, yürüşdə təlimə qatılan 75 döyüş hava gəmisi izləyicilərin qarşısından təntənəli keçid ediblər.

Azərbaycana məxsus iki "SU-25" qırıcıları da "fil yürüşü"ndə iştirak edib. Qeyd edək ki, fil yürüşü havaçılıqda birlikdə güc nümayişi kimi qiymətləndirilir.

Daha sonra döyüş qırıcıları birgə uçuş həyata keçiriblər.

Xatırladaq ki, təlimdə Azərbaycan və Türkiyə ilə yanaşı, ABŞ, Qətər, Macarıstan, Misir, Səudiyyə Ərəbistanı, İordaniya və NATO rəsmiləri iştirak edirlər.

Bundan başqa Malaziya, Braziliya, Bolqarıstan, Mali və Nigeriya müşahidəçi qismində Türkiyədə "Anadolu qartalı - 2025" beynəlxalq təlimində izləyir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar