Ru
15:49 / 04 İyul 2025

“Virus hələ də bizimlədir” – Səhiyyə Nazirliyi xəbərdarlıq edir

“Virus hələ də bizimlədir” – Səhiyyə Nazirliyi xəbərdarlıq edir
Eye

Son günlər ölkədə qripə bənzər virus yayılır. Xəstəlik yüksək hərarət, boğazda ağrı və burun axması kimi özünü göstərir. Bəzi insanlar isə bunun koronavirus olmasından şübhələnirlər.

Bəs koronavirus yenidən yayılır ?

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Milli.Az-a Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, bu səbəbdən vətəndaşlar sağlamlığa diqqətlə yanaşmalıdır, əsasən də risk qrupuna daxil olan şəxslər:

"Bu virus hələ də bizimlədir. Buna yoluxan insanlar daha yüngül keçirir və qısa müddətdə çox tez sağalırlar. Vətəndaşların təşvişə düşməsinə ehtiyac yoxdur.

Hər bir infeksiya çoxsaylı xəstədə görüləndə daha ciddi əlamət daşıyır. Hansı ki həmin zaman xəstəxanalarda xəstələrin yerləşdirilməsi və digər nüanslar çətinləşir".

İnfeksionist qeyd edir ki, bu viruslar əsasən hava-damcı yolu ilə yayılır və insanların sıx toplandığı yerlərdə yoluxma daha sürətli olur.

Belə infeksiyalar müxtəlif simptomlarla özünü göstərir və xəstənin fərdi xüsusiyyətləri, xüsusən də immun sistemi vəziyyətinə görə gedişi fərqlənə bilər.

Qorunmaq üçün ən yaxşı üsul hava-damcı yoluyla yayılan xəstəliklərə qarşı gigiyena qaydalarına riayət etməkdir. Bunlara maska taxmaq, əlləri tez-tez yumaq və sıx, qapalı yerlərdən uzaq durmaq daxildir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar