Yaponiyanın "Honda", "Nissan" və "Mitsubishi" şirkətlərinin yeni nəsil modellərində standartlaşdırılmış mühərrik idarəetmə bloklarından ortaq şəkildə istifadə edilə bilər. Bu yolla avtomobil istehsalçıları xərcləri azaltmağa və getdikcə daha da mürəkkəbləşən bazarda rəqabətqabiliyyətliliyi qorumağa çalışırlar.
Mövcud məlumata görə, yeni standartlaşdırılmış mühərrik idarəetmə blokları bütün zəruri avtonom idarəetmə funksiyalarını və proqram təminatı ilə idarə olunan gələcək avtomobillər üçün bort məlumat-əyləncə sistemini özündə birləşdirəcək.
Bunlar həm hibrid, həm də elektrik modellərində istifadə olunacaq. Sazişin bəzi detalları hələ müzakirə mərhələsində olsa da, bir neçə həftəyə razılaşma əldə edilə bilər.