13 noyabrdan 14 noyabra keçən gecə Rusiyanın "İsgəndər-M" tipli raketi Azərbaycanın Ukraynadakı səfirliyinin bilavasitə yaxınlığına düşmüş və nəticədə diplomatik nümayəndəliyin binasına ciddi ziyan dəyib. Səfirliyin yerləşdiyi ərazidə hər hansı hərbi obyektin olmaması, raketin Ukrayna HHM sistemi tərəfindən vurulmaması və uçuş trayektoriyasının dəyişməməsi göstərir ki, zərbə təsadüfi olmayıb, planlı, məqsədyönlü və hədəfi dəqiq müəyyən edilmiş hücum həyata keçirilib. Bu, heç bir şəkildə "yan təsir" və ya "səhv atış" kimi izah oluna bilməz.