Şəhid ailələri və əlillərə 7 minə yaxın mənzil verilib - RƏSMİ
147
Postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara 6,9 min mənzil, müharibə ilə əlaqədar əlilliyi olanlara 567 avtomobil verilib.
Bakupost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bununla da növbədə olanların avtomobillə təminatı başa çatıb.