Ru
16:30 / 24 Dekabr 2025

Şəhidlər xiyabanında qeyri-etik görüntülər çəkən ərəblərə HÖKM OXUNDU

Şəhidlər xiyabanında qeyri-etik görüntülər çəkən ərəblərə HÖKM OXUNDU
Eye

Səbail rayon Məhkəməsində Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməkdə təqsirləndirilən 3 Səudiyyə Ərəbistanı vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammadın cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.

Bakupost.az Lent.az-a istinadən xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə Alzaman Mahdi Alinin 2 il, Alghabr Mohammad Hussainin 2 il, Alghabr Mahdi Mohammadin 2 il müddətinə azadlıqdan məhrum edilməsini elan edib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilənlərin hər birinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, 2025-ci il avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar