Ru
06:58 / 07 May 2026

Səhiyyə Nazirliyindən çıxarılan şöbə müdirinin müavininə TƏBİB-də vəzifə verildi

Səhiyyə Nazirliyindən çıxarılan şöbə müdirinin müavininə TƏBİB-də vəzifə verildi
Eye

Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini vəzifəsindən bir neçə gün əvvəl azad edilən Təranə Əhmədovaya yeni vəzifə verilib.

Bakupost.az-a daxil olan məlumata görə, o, işdən çıxarıldığı gün TƏBİB-də vəzifəyə təyin olunub. Məlumatda bildirilir ki, T.Əhmədovaya əvvəlki sahə üzrə eyni vəzifə həvalə edilib və o artıq işinin icrasına başlayıb.

Bununla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Təranə Əhmədova 2024-cü ilin dekabrında Baş Prokurorluğun keçirdiyi əməliyyat zamanı saxlanılan Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin sabiq müdiri Səidə Rüstəmovanı əvəz etmişdi.

Səidə Rüstəmova saxta sertifikasiya işi ilə bağlı ittiham olunur.

Elnur
Baku Post

Şərhlər
  • .Nizami Aliev

    Главное - доверия Народа! А то, как в поговорке -" на без рыбье и рак щука."

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar