“DreamFest” musiqi festivalının ilk günü səhnə ilə yanaşı məşhurların geyimləri ilə də gündəmi zəbt edib.
Bakupost.az Yenisabah.az-a istinadla xəbər verir ki, Xalq artisti Tünzalə Ağayeva həmkarı Nigar Camalın festivalın xalısındakı libasına eyham vuraraq maraqlı açıqlama verib. Sənətçi Nigarın geyimini nəzərdə tutaraq:
“Bu qız millətin başını niyə gic edir?” – deyə, sual ünvanlayıb.
Tünzalənin bu fikrinə isə cavab gecikməyib. Nigar Camal sənət dostunun həmin gün geyindiyi libasına istinad edərək, ironiya ilə belə cavab verib:
“Bu gün də sən elədin də”.
İki tanınmış ifaçı arasında baş verən bu geyim atmacası sosial mediada izləyicilər tərəfindən maraqla qarşılanıb. Hər iki sənətçinin zarafat tonu ilə səsləndirdiyi sözlər həm yumorla, həm də incə tənqid çaları ilə diqqət çəkib.