Ru
09:17 / 02 Sentyabr 2025

Şəkidə maskalı şəxslər evə basqın etdilər - VİDEO

Şəkidə maskalı şəxslər evə basqın etdilər - VİDEO
Eye

Şəki rayonunun Kiçik Dəhnə kəndində gecə saatlarında mənzillərdən birinə daxil olan maskalı şəxslər ev sahibinin əl-qolunu bağlayaraq kəsici alətlə ona hədə-qorxu gəlib pulunu ələ keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bakupost.az-a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı Anar Sadıqov və tanışı 47 yaşlı Tural Əsədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar