Əziz oxucularımız, internet istifadəçiləri, xüsusən də orta və yuxarı yaşlılar!
Son günlər ölkədə biri-birinin ardınca yayılan vəzifəli şəxslərin biədəb görüntülərindən, yəqin ki, çoxunuzun məlumatı var. Onlar təkcə işlərindən, vəzifələrindən olmurlar, eləcə də ailə içində, qohum-əqrəba yanında hörmətdən düşürlər. Ona görə də bu internet “bəlasının” qurbanına çevirilməmək üçün bəzi sadə məsələləri mütləq bilməlisiniz.
Yaxşı olar ki, ümumiyyətlə, tanımadığınız şəxslərlə belə “isti” və “səmimi” olmayasınız.
1. Onanizm, masturbasiya təbii ehtiyacdan irəli gəlir, buna zərurət olduqda, görüntülü nəsə istəyirsinizsə, buna uyğun porno saytlar var. Onsuz da zəng edənlər görüntüləri oradan götürüb göstərir və sizi tələyə salır.
2. Heç kim ilk bağlantıda çılpaq, yarıçılpaq olmaz. Bunu əldə etmək üçün günlərlə, aylarla gərgin səylər tələb edilir. İlk görüşü lüt olaraq ekrana çıxanlar şübhəli deyilmi? Bir-iki kəlmə yazıb, sonra görüntülü zəng edərək soyunan qadınlar, sizdə şəhvətdən öncə sual doğurmalıdır. Özü də iri sual.
3. Nəzərə almaq lazımdır ki, yazanlar o qadınlar olmaya, ümumiyyətlə, qadın olmaya bilər. Hansısa qrupdur, hazır şəkildə uyğun vəziyyəti alındırıb ekran çəkilişi etmək üçün startdadır.
4. Görüntülərdəki qadınlar sadəcə, “yoldan çıxartmaqla” məşğuldurlar, onlar danışmır, heç nə demir, danışdırsan belə danışmayacaqlar, çünki sizinlə “danışan” o qadın deyil, o, hazır videodur, sizə göstərib, “atmosferə salıb” çəkmək üçün.
5. Yayılan videolardakı çılpaq qadınlar gur işıqlandırılır, fikir verirsinizsə, professional çəkilişdir. Telefon, kompüter kamerası ilə belə çəkilişlər mümkün deyil. Həm də bu, şübhələnmək üçün yetərli amildir.
Ehtimal edirik ki, ssenari belə olur - qruplar iradəsi zəif və texnologiyadan az məlumatlıları, başı çıxmayanları axtarıb tapır, onlara cinsi ehtiyacı pik həddə olan qadın rolunda yazırlar, sonra isə görüntülü zəng tələb edirlər. Tələyə düşənlər özləri də paralel onların istəklərinə kamera arxasından cavab verməyə çalışır və bu zaman görüntüləri qeydə alınır. Sonra isə qrup müxtəlif üsullarla (hədələmə, şantaj və s.) görüntüsü olanlardan pul tələb edirlər, vermədikdə videoları yayılır, növbətilər istədiklərini verməyə razı olur. Beləcə, vəzifədədirsə, bağışlanmır, ailəlidirsə, bəlkə də ayrılır, ayrılmasa belə rəzil olur və s. Ona görə də çalışın ki, belə tələlərə düşməyəsiniz.
Sosial şəbəkələrədən istifadə zamanı hər zaman kamera qarşısında olduğunuzu düşünməlisiniz.
Kamera qarşısında isə alnınız açıq olmalıdır, şalvarınızın qabağı yox...
Fuad
Baku Post