Ru
14:42 / 20 Sentyabr 2025

Şəmistan Nəzirli tədbirdə qəfil vəfat etdi - YENİLƏNDİ

Şəmistan Nəzirli tədbirdə qəfil vəfat etdi - YENİLƏNDİ
Eye

Bu gün 83 yaşında vəfat edən hərbi jurnalist, yazıçı Şəmistan Nəzirli Bakıda, həyat yoldaşı və oğlunun məzarlarının yanında dəfn ediləcək.

Bakupost.az xəbər verir ki bu barədə Teleqraf-a Qazax Xeyriyyə İctimai Birliyinin mətbuat katibi Səbinə Yusif məlumat verib.

Onun sözlərinə görə, mərhumun ürəyində problem olub. Bir il əvvəl ürəyinə stend qoyulub və əməliyyat keçirib. Əlavə ciddi sağlamlıq problemi olmayıb:

“Yaddaşı çox güclü idi, danışığında da problem yox idi. Hadisə Qazaxda keçirilən tədbir zamanı baş verib. İndi isə Bakıda yaşadığı evə aparılır. Məndə olan məlumata görə, Bülbülə qəbiristanlığında dəfn olunacaq".

Səbinə Yusif əlavə edib ki, mərhumun iki oğlu olub. Onlardan biri bir neçə il əvvəl dünyasını dəyişib.

****
Azərbaycan hərb tarixinə ağır itki üz verib.

Bakupost.az oxu.az-a istinadla xəbər verir ki, Azərbaycan hərb tarixinin və Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin əvəzolunmaz araşdırıcısı, "Qazax" Xeyriyyə İctimai Birliyinin Ağsaqqallar Şurasının üzvü, tanınmış yazıçı, publisist, nasir, tərcüməçi, tədqiqatçı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, polkovnik-leytenant Şəmistan Nəzirli bu gün səhər saatlarında Qazaxda ADA Universitetinin Qazax Tədris Mərkəzində keçirilən tədbirdə qəfil vəfat edib.

Şəmistan Nəzirlinin nəşi bu saatlarda Qazaxdan Bakıya yola salınır.

"Qazax" Xeyriyyə İctimai Birliyi və ailəsi tərəfindən Bakıda dəfn hazırlıqları təşkil olunur. Dəfn yeri və saatı haqqında əlavə məlumat veriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar