Rusiya paytaxtında məktəb tikinti meydançasında faciə baş verib. Beton plitə uçaraq işçilərin üzərinə aşıb.
Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə 360.ru "Telegram" kanalı məlumat yayıb.
Hadisə nəticəsində iki nəfərin həlak olduğu bildirilir. Altı nəfərin isə hələ də dağıntılar altında qaldığı ehtimal olunur. Onların axtarışına kinoloji xidmət əməkdaşları itlərlə qoşulublar.
Qeyd edək ki, fövqəladə hadisə məktəbin təmir işləri zamanı baş verib. Təhsil müəssisəsi yenidənqurma səbəbindən bağlı olub.