Ru
16:50 / 20 Sentyabr 2025

Xankəndidə “Arşın mal alan” operettası nümayiş olundu - FOTO

Xankəndidə “Arşın mal alan” operettası nümayiş olundu - FOTO
Eye

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Xankəndi Şəhər Günü tədbirləri çərçivəsində Qarabağ Universitetində “Arşın mal alan” operettası nümayiş olunub.

Bakupost.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, bərpaçı rejissoru Əhəd Hacıyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri – Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri isə Əməkdar artist Vaqif Məstanovdur.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar