Ru
16:07 / 20 Sentyabr 2025

“Maybach”la "Formula 1"i izləməyə gəldi, həbs olundu - DETALLAR

 “Maybach”la "Formula 1"i izləməyə gəldi, həbs olundu - DETALLAR
Eye

Xəbər verdiyimiz kimi, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Azərbaycanda həbs olunub. O, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, Adnan Əhmədzadə ötən gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinin yarışlarına baxmaq üçün əraziyə gedib.


Hüquq-mühafizə orqanlarının əməkdaşları iş adamını məhz orada saxlayıblar. Həmçinin onun yanında şəxsi mühafizəçiləri də olub.

Bildirək ki, A. Əhmədzadə yarışın keçirildiyi əraziyə "Maybach" markalı "77-AA-555" dövlət qeydiyyatı nişanlı avtomobili ilə gəlibmiş.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar