Ru
16:44 / 20 Sentyabr 2025

Spiker işçi miqrantlara səsləndi: Ailələrinizi Rusiyaya gətirməyin!

Spiker işçi miqrantlara səsləndi: Ailələrinizi Rusiyaya gətirməyin!
Eye

“İşçi miqrantlar ailələrini Rusiyaya gətirməməlidirlər”.

Bakupost.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin ölkə Prezidenti Vladimir Putinlə parlamentdəki fraksiya liderləri arasında keçirilən görüşdən sonra “Max” kanalında bildirib.

Onun sözlərinə görə, görüşdə miqrasiya, o cümlədən ölkədə qanunsuz qalma məsələsi qaldırılıb. Spiker əlavə edib ki, deputatlar artıq qəbul olunmuş qanunların icrası ilə bağlı təkliflər veriblər.

“Bu ona görə dəstəkləndi ki, həqiqətən də əmək miqrasiyası odur ki, insanlar ölkəyə işləməyə gəlirlər, işləyirlər və gedirlər. Ailələrin və uşaqların bununla nə əlaqəsi var?”, - Volodin söyləyib.

Qeyd edək ki, Rusiya bu ildən işçi miqrantlarla bağlı qanunu sərtləşdirib. Yeni dəyişikliklə sürücü, satıcı və tibb işçisi vəzifələrinə qəbul edilən miqrantlar rus dilini və Rusiya tarixini bilmək üçün imtahan vermək tələbindən azad edilməyəcək. Beləliklə, Rusiya vətəndaşları ilə qarşılıqlı əlaqə və ünsiyyət qura bilməyən peşə sahibləri üçün işəgötürənlərin müraciətlərini kvotalara daxil etmək mümkün olmayacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar