Ru
16:16 / 20 Sentyabr 2025

İrəvan BU TARİXDƏ konstitusiya dəyişikliyi edəcək

İrəvan BU TARİXDƏ konstitusiya dəyişikliyi edəcək
Eye

"Ermənistanda hakimiyyətdə olan Vətəndaş Müqaviləsi Partiyası 2026-cı il seçkisində dəstək qazandığı halda, ümummilli referendum yolu ilə yeni konstitusiyanın qəbul olunması prosesinə başlayacaq".

Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan açıqlama verib.

O bildirib ki, bu məqsədlə Vətəndaş Müqaviləsi Partiyası 2026-cı ildə keçiriləcək növbəti parlament seçkisində xalqa müraciət edərək, Ermənistanın idarə olunması üçün mandatını daha beş il uzatmaq və konstitusiya çoxluğunu formalaşdırmaq üçün dəstək istəyəcək.

"Seçkidə xalqın etimad səsini qazandıqdan sonra partiya ümummilli referendum yolu ilə Ermənistanın yeni Konstitusiyasının qəbul edilməsi prosesinə başlayacaq", - deyə Paşinyan vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar