Ru
12:48 / 20 Sentyabr 2025

Cəmiyyət şokda: Azərbaycan gəncləri arasında geylik artıb - MÜSAHİBƏ

Cəmiyyət şokda: Azərbaycan gəncləri arasında geylik artıb - MÜSAHİBƏ
Eye

Bu gün cəmiyyətimizin problemlərindən biri də gənclər arasında geyliyə, transeksuallığa artan meyillilikdir. Son vaxtlar belə şəxslər davranışlarını tədricən açıq-aşkar nümayiş etdirilər. İndi onlara təkcə sosial şəbəkələrdə deyil, hətta televiziyalarda da rast gəlinir. Gənclər - xüsusilə oğlanlar arasında getdikcə geniş miqyas alan bu tendensiya narahatlıq doğurmaya bilməz.

Bakupost.az xəbər verir ki, modern.az bu kimi məsələlər ətrafında uroloq-androloq Qardaşxan Mamedovla həmsöhbət olub.

- Doktor, son dövrlər gənc oğlanlar arasında geyliyə, transeksuallığa meyil artmaqdadır. Siz bir androloq kimi bunun tibbi səbəblərini necə izah edərdiniz?

- Cinsi azlıq, transseksuallıq kimi terminlər 1960-cı illərdən işlədilən və müxtəlif adlarla, kateqoriyalarla səsləndirilən anlayışlardır. Cinsi azlığın fiziki və psixolji səbəbləri vardır. Hormon problemləri, xroniki xəstəliklər, bəzi dərmanların və alkoqollu içkiləri qəbulu kimi nüansları fiziki səbəblərə misal göstərmək olar. Hormonal səbəb isə kişilik cinsi hormonu testestronun azalmasıdır. Testestron hormonun azalması ilə qadın cinsi hormonları estrogen və progestron artır. Xroniki xəstəliklər dedikdə şəkərli diabet, ürək xəstəlikləri və artıq çəki problemlərini misal kimi deyə bilərik. Psixoloji səbəblərə isə stress, depresiyalar, qarşı cinslə münasibətlərdə problemlər, cinsi travmalar aid edilə bilər.

- Burada bioloji, genetik və ya psixoloji faktorların rolu varmı?

- Bəli, bu şəxslərdə genetik faktorlar da var. Biz analiz aparanda genetik faktorlar üzə çıxır. Psixoloji problemlər, ən çox da cinsi travmalar gənclərdə cinsi pozğunluqlara səbəb olur.

- Qidalanmanın və sosial səbəblərin bu məsələdə rolu nə qədərdir?

- Qidaların və sosial şəbəkələrin birbaşa olmasa da, dolayı təsirləri var. Bəzən dietik qidalanmalara düzgün riayət olunmadığından testestron hormonunda azalma olur. Sosial şəbəkələrdə bu haqda videolar yayılır. Bu tip insanlar özlərini reklam edirlər. Onlar əsasən xəstə olmadıqlarını, öz hüquqlarının olduğunu dilə gətirirlər. Bu da o cür insanaların təbliği kimi qəbul edilə bilər.

- Oğlanlarda yaranan hormonal pozuntular hara aparır?

- Transseksuallığa meyl edən oğlanlarda kişi cinsiyyət hormonu olan testestron azalır və estrogen, progestron kimi qadın cinsi hormonları yüksəlir. Belə hallarda üzdə tüklənmələr azalır, səs və bədəndə dəyişikliklər meydana gələ bilir. Kişi tipli deyil, qadın tipli bədən formalaşır, çanağın və süd vəzilərinin böyüməsi özünü göstərir. Nəticədə qadın hormonları yüksəlir və bu şəxslər qadınlara deyil, daha çox kişilərə meyilli olurlar. Təbii ki, bu tendensiya pis şeylər vəd edir, gənclərin əxlaqını pozur, mənəviyyata zidd addımlara aparır.

- Transşəxslərin, geylərin psixoloji və ya psixiatrik yardım alması vacibdirmi?

- Təbii ki, hormonal problemlər androloq tərəfindən müalicə olunur. Psixoloji faktorlar olduqda isə, əlbəttə, psixoloqlar, seksoloqlar bununla məşğul olurlar. Xüsusilə də, seks üzrə psixoloqların dəstəyi, müalicəsi yetərli nəticələrə səbəb ola bilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar