Ru
11:15 / 20 Sentyabr 2025

Fikri səsə çevirən çip hazırlanır

Fikri səsə çevirən çip hazırlanır
Eye

"Neuralink" insan fikirlərinin nitqə çevrilməsini sınaqdan keçirəcək.

Bakupost.az xəbər verir ki, Amerikalı iş adamı İlon Maskın şirkəti "Neuralink" oktyabr ayında insan beynindəki fikirlərin nitqə çevrilməsi üzrə sınaqlara başlayacaq.

Bu barədə şirkətin prezidenti Dondjin Seo Seulda yerləşən Koreya Qabaqcıl Elm və Texnologiyalar İnstitutunda (KAIST) çıxışı zamanı məlumat verib.

Seo bildirib ki, layihənin əsas məqsədi danışmaq qabiliyyətini itirən insanlara kömək etməkdir. Onun sözlərinə görə, Neuralink-in texnologiyası beynin səsi birbaşa ötürməsinə şərait yaradır və bunun üçün əlavə klaviatura və ya cihaz tələb olunmur. "Əgər siz nəsə deməyi təsəvvür edirsinizsə, biz bunu tutub nitqə çevirə biləcəyik", - deyə o vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar