Ru
09:29 / 20 Sentyabr 2025

Meyvə satan qazi şərikini öldürdü

Meyvə satan qazi şərikini öldürdü
Eye

Sentyabrın 20-si səhər saatlarında Xaçmaz rayonunun Ağtala kəndində qətl hadisəsi baş verib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, kənd sakini 37 yaşlı Kənan Cəbiyev bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən onun həmkəndlisi 2-ci Qarabağ müharibəsi iştirakçısı, 32 yaşlı Emin Baxışov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin mübahisə zəminində baş verdiyi bildirilir. Belə ki, hər iki şəxs meyvə alveri ilə məşğul olublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar