Şəmkirdə bazarda dava olub.
"Bakupost" “lent.az”a istinadla xəbər verir ki, hadisə Çinarlı qəsəbəsində yerləşən “Səbət” bazarında qeydə alınıb.
Bazarda araba ilə yük daşıyan 28 yaşlı Fərid Zamanov (şərti adla) avtomobillərin hərəkətinə nəzarət edən zərərçəkmiş Yusifi (şərti adla) yumruq zərbəsi ilə döyüb. Nəticədə zərərçəkmiş xəsarət alıb.
Yusifin şikayəti əsasında F. Zamanov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, arabasını yolun kənarında saxladığı vaxt Yusif yaxınlaşaraq ondan arabanı kənara çəkməsini tələb edib, bundan sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlətdiyindən əsəbiləşərək yumruqla onun baş nahiyəsindən vurub. F. Zamanov yekunda əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını deyib.
Zərərçəkən Yusif də həmçinin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə F. Zamanov elektron qolbaq taxmaqla, 240 saat ictimai işlər cəzasına məhkum edilib.