Ru
17:55 / 21 Avqust 2026

"“Bolt”a minməyin, fırıldaqçıdılar"

"“Bolt”a minməyin, fırıldaqçıdılar"
Eye

Xalq artisti Cahangir Novruzov “Bolt” taksi xidmətindən şikayətlənib.

"Bakupost" "Unikal"a istinadla xəbər verir ki, aktyor bu barədə “Pozan” layihəsinə müsahibəsi zamanı danışıb. C.Novruzov verilişə gecikməsinə səbəb kimi taksi xidmətinin fəaliyyətindəki problemləri göstərib və şirkəti fırıldaqçılıqda ittiham edib:

“Verilişə 15 dəqiqə gecikmişəm. Təqsir məndə deyil. “Bolt”a minməyin. Həqiqətən də biabırçılıqdır. Çünki fırıldaqçılıq edirlər. Tətbiqi açırsan, tövsiyə ediləni seçirsən. İki dəqiqə yazılır, təsdiqləyən kimi 9 dəqiqə olur. 20-22 dəqiqə maşın gözləməli oldum. Üç maşını ləğv etdim. Məcbur olub daha bahalısını seçirsən, bu da psixoloji olaraq səni incidır”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar