Şəmkirdə baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb.
TƏBİB-dən Bakupost.az -a verilən açıqlamada bildirilir ki, 31.08.2025-ci il tarixində saat 00:40 radələrində Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospital olunub.
2007-ci il (2 nəfər) və 2010-cu il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin travmaları və açıq sınıqları diaqnozları təyin olunub və zəruri ilkin tibbi xidmət göstərilib.
2007-ci il təvəllüdlü şəxslərin vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri Cərrahiyyə şöbəsində davam etdirilir.
Vəziyyəti stabil qiymətləndirilən 2010-cu il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
****
10:20
Şəmkir rayonunda ağır qəza baş verib.