İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni komandanı, keçmiş daxili işlər naziri Əhməd Vahidinin öldürüldüyü iddia olunur.
Bakupost.az Yeni Sabah-a istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin İslam Respublikasının şəhərlərinə endirdiyi növbəti hava zərbələri zamanı onu hədəf aldığı bildirilir.
Lakin əməliyyatın detalları hələlik açıqlanmır.
Qeyd edək ki, Əhməd Vahidi İranın hərbi-siyasi strukturlarında mühüm fiqurlardan biri hesab olunur və uzun illər müxtəlif yüksək vəzifələrdə fəaliyyət göstərib