Ru
16:57 / 19 Yanvar 2021

“Simpsonlar”ın 65 yaşlı ssenari müəllifi vəfat etdi

2078
“Simpsonlar ailəsi” (“The Simpsons”) cizgi serialının ssenari müəlliflərindən biri, prodüser Devid Riçardson 65 yaşında vəfat edib.

Məlumatı “Deadline” jurnalı yayıb.

O, ürək çatışmazlığından dünyasını dəyişib. Ailəsi D.Riçardsonun dəfnini ictimaiyyət üçün qapalı keçirməyi planlaşdırır. Onunla kütləvi vidalaşma bir müddət sonra keçiriləcək.

Qeyd edək ki, D.Riçardson bir neçə televiziya komediyasının müəllifidir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər