Sinif yoldaşları gənc qızı öldürdülər - ŞOK SƏBƏB - FOTO

  • 21 İyl 2019 18:39
  • 661 Baxış
Sinif yoldaşları gənc qızı öldürdülər -  ŞOK SƏBƏB - FOTO
Rusiyada gənc qız dəhşətli işgəncələr ilə öldürülüb.




Hadisə Rusiyanın Arxangelsk vilayətində baş verib.




17 yaşlı Viktoriya Averina adlı gənc qız gözəl olduğu səbəbi ilə sinif yoldaşları tərəfindən öldürülüb. Sinif yoldaşları Viktoriyanı onlardan gözəl olduğu üçün və "İnstagram” hesabında daha çox izləyicisinin olmasına görə öldürüb. Lina və İrina adlı iki gənc qız birləşərək bu dəhşətli cinayəti törədiblər. Onlar Viktoriyanı işgəncələr verərək boğub öldürüblər. Daha sonra onun cəsədini meşəyə atıb qaçıblar. Boğaraq öldürdükdən sonra onun üzünü şüşə parçaları ilə də tanınmaz hala gətiriblər. Hazırda həbs edilən hər iki gənc qız özlərini "Viktoriya bizdən daha çox gözəl idi. Ona görə öldürdük” deyərək müdafiə edirlər.

Hazırda bu dəhşətli cinayət ilə bağlı geniş araşdırma başlanılıb.

 

Lina və İrina



 



Sinif yoldaşları gənc qızı öldürdülər -  ŞOK SƏBƏB - FOTO