Ru
09:31 / 20 Avqust 2025

"Sinifdə qalan" nazirliklərin "əjdaha" kimi "qənaət" planı: Maliyyə Nazirliyi "xəsisliyə" başladı? - Ekspert

"Sinifdə qalan" nazirliklərin "əjdaha" kimi "qənaət" planı: Maliyyə Nazirliyi "xəsisliyə" başladı? - Ekspert
Eye

Yeni Maliyyə Naziri "əjdaha suyun qabağını kəsən kimi" büdcə xərcləmələrini azaltmağa çalışır, "qənaət" edib, dövlətin pulunu "depozitə" qoyub, büdcə üçün əlavə gəlir götürməyə səy göstərir. Problem odur ki, hər iki məsələ Maliyyə Nazirliyinin görəcəyi iş, əsas vəzifəsi deyil.

Bakupost.az xəbər verir ki, bunu ReaL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

O, yeni nazirin ölkə iqtisadiyyatının "can damarı"nın büdcə xərcləri olduğunu anlamadığını qeyd edib:

"Demirəm ki, bu yaxşıdır, amma, təəssüf ki, belədir. Sadə, hətta, primitiv modelə söykənən Azərbaycan iqtisadiyyatı büdcədən "qidalanır". Məsələn, büdcə hesabına məktəb tikilir (korrupsiyanı qoydum qırağa) - bunun daşı, sementi, betonu, şepeni, qapısı-pəcrəsi, dam örtüyü, stolu-stulu, lövhəsi, kompyuteri və s. büdcə pulu ilə özəl sektordan alınır. Özəl sektor bu sifarişlər olmasa, lap can verər, indi zorla ayaqdadır.

Maliyyə Nazirliyi "xəsisliyə" başlayan, pulu az və gec ayıran kimi özəl sektorda "boğulma" başlayır. Ciddi biznes şəraiti, böyük "oyunçular" yoxdur ki, özəl sektor öz çarxını, özü döndərsin".

İqtisadçı ekspertin sözlərinə görə, "Neft-büdcə-tikinti-özəl sektor" sxemi üzərini inşa edilən primitiv modelin, "zəncirin əsas həlqəsı", büdcə pulu azalan kimi, digər həlqələr də "dizini yerə qoyur":

"Maliyyə və İqtisadiyyat Nazirliklərinin əsas məqsədi iqtisadi artım-ÜDM artımı, rifah, iş yerlərinin artması və ölkə əhalisinin yüksək gəlirli iqtisadi modelə keçidini təmin etməkdir. Əgər bu ilin ilk 7 ayında ölkədə ÜDM cəmi 0,9% artıbsa, əslində isə məmləkət ressesiya ilə üzləşibsə, deməli hər iki nazirlik sinifdə qalıb".

Asena
BakuPost

Şərhlər
  • B.Kolxozdar

    Bir texnoloq kimi maliyyə siyasətini anlamadım? Məgər, maliyyə-pul da iş dövriyyəsinə gündəlik-ən çoxu aylıq buraxılmırmı? Yoxsa, İsveçrə Bankı kimi illik büdcə artığı kimi atılır? Maliyyəsiz, yerli məhəllədən dövlətə qədər heç kəs tam məşğul ola bilmədiyi kimi, tam dolğun iqtisadiyyat, natural istehsal da olmur? Pul isə çoxluqdan-məhsulsuz öz dəyərini itirir?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar