Ru
11:57 / 06 Noyabr 2025

Siqaret və alkoqollu içkilər bahalaşacaq

Siqaret və alkoqollu içkilər bahalaşacaq
Eye

Azərbaycanda siqaret və siqarların aksiz dərəcələri artırıla bilər.

Bakupost.az “Yeni Sabah" xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır. Təklif olunan dəyişikliyə əsasən, siqarlar, ucları kəsilən siqarlar və siqarillanın (nazik siqarlar), eləcə də tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1 000 ədədin aksiz dərəcələrinin 45,5 manatdan 55 manata çatdırılması nəzərdə tutulur.

Bununla bərabər, spirtli içkilərin aksiz dərəcələri cüzi artırıla bilər.

Vergi Məcəlləsində təklif olunan dəyişikliyə əsasən, arağın, tündləşdirilmiş içkilərin və tündləşdirilmiş içki materiallarının, likör və likör məmulatlarının, eləcə də konyak və konyak materiallarının hər litrinə görə aksiz dərəcələrinin 4,8 manatdan 5 manata çatdırılması nəzərdə tutulur.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar