Ru
12:52 / 06 Noyabr 2025

Taxıl qatarı Bakıdan İrəvana yola düşdü - YENİLƏNİB

Taxıl qatarı Bakıdan İrəvana yola düşdü - YENİLƏNİB
Eye

12.52

Azərbaycan ərazisindən keçməklə Ermənistana Qazaxıstan taxılı daşıyan 15 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

***

11.04

“Prezident İlham Əliyevin oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etdiyi kimi, Azərbaycan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətləri aradan qaldırıb”.

Bakupost.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Bəxtiyar Hacıyev bildirib.

O qeyd edib ki, artıq Azərbaycandan tranzit keçməklə yüklər Ermənistana göndərilir: “Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə 1048 ton 800 kq taxıl yüklü 15 vaqon ötən gün Böyük Kəsik stansiyasından Ermənistana göndərildi. Yüklər Gürcüstana, oradan isə Ermənistana daşınır. Həmçinin Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb. Qazaxıstandan göndərilən min tona yaxın taxıl yüklü 15 vaqon noyabrın 5-də Azərbaycana daxil olub.

Qatar artıq Biləcəri stansiyasındadır. Biləcəri–Hacıqabul–Böyük Kəsik marşrutu ilə hərəkətini davam etdirəcək və yüklər Böyük Kəsik stansiyasından yola salınacaq. Həm Rusiya, həm də Qazaxıstandan Azərbaycan vasitəsilə Ermənistana yüklərin növbəti partiyalarının göndərilməsi gözlənilir”.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar