Ru
09:52 / 06 Noyabr 2025

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU
Eye

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak olub.

Bakupost.az Lent.az -a istinadla xəbər verir ki, Zaqatala rayonu, Əliabad qəsəbə sakini, 1999-cu il təvəllüdlü Məhəmməd Valid oğlu Qədimov döyüşlərdə ağır yaralanaraq ölüb.

Onun cənazəsi Zaqatalaya gətirilərək doğulduğu Əliabad qəsəbəsində torpağa tapşırılıb.

Məlumata görə, M.Qədimov 3 il Rusiya tərəfindən Ukraynaya qarşı vuruşub.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə kimi 20-dən çox Zaqatala sakini döyüşlərdə öldürülüb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar