Ru
09:57 / 06 Noyabr 2025

Şamaxıda qadını güllələndi – Əri saxlanıldı

Şamaxıda qadını güllələndi – Əri saxlanıldı
Eye

Şamaxıda qadın odlu silahla qətlə yetirilib.

Bakupost.az xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat yayılıb.

Qətldə qadının həyat yoldaşı P.Tağıyev şübhəli bilinir.

Rayon sakini P.Tağıyev əvvəllər polis şöbəsində polis nəfəri kimi xidmət edib, lakin bir müddət öncə öz arzusu ilə xidmətdən xaric olunub.

Onun qısqanclıq zəminində odlu silahdan açdığı atəşlə G.Eynalovaya xəsarət yetirdiyi bildirilir. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. P.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar