Qərb kəşfiyyat orqanları Rusiyanı daxildən laxlatmaq planları hazırlayıb.
Bakupost.az AzPost -a istinadla xəbər verir ki, bu barədə prezident Vladimir Putin bildirib. Onun sözlərinə görə, Rusiya hakimiyyət orqanlarının əlində Rusiyanın daxilində qeyri-sabitlik yaratmaq barədə təlimatları özündə əks etdirən Qərb kəşfiyyat orqanlarının sənədlərinin surətləri var.
Millətlərarası münasibətlər mövzusunda keçirilən görüşdə Putin qeyd edib ki, bu sənədlər, eləcə də Qərb tərəfindən maliyyələşdirilən xaricdəki mərkəzlərin işi Rusiya cəmiyyətində bölünmə yaratmaq və etnik və dini zəmində münaqişələr yaratmaq məqsədini birbaşa göstərir.
Prezident vurğulayıb ki, hazırkı vəziyyətdə ölkə daxilində hətta kiçik ziddiyyətlərin də alovlanmasının qarşısını almaq vacibdir.