Ru
09:59 / 06 Noyabr 2025

1,7 ton narkotik daşıyan sualtı qayığı ələ keçdi – Portuqaliyada böyük əməliyyat

1,7 ton narkotik daşıyan sualtı qayığı ələ keçdi – Portuqaliyada böyük əməliyyat
Eye

Portuqaliya hüquq-mühafizə orqanları Atlantik okeanında 1,7 tondan artıq narkotik maddə daşıyan sualtı qayığı saxlayıblar.

Bakupost.az yerli KİV-ə istinadən xəbər verir ki, ölkənin Ədliyyə Polisi və Hərbi Dəniz Qüvvələrinin açıqlamasına görə, əməliyyat beynəlxalq “El Dorado” əməliyyatı çərçivəsində İngiltərə və ABŞ-ın dəstəyi ilə həyata keçirilib.

Atlantik okeanında hərəkət edən qayıqda dörd nəfərin olduğu bildirilir. Onların milliyyətləri və sualtı qayığın hansı ölkədən yola düşdüyü hələ açıqlanmayıb.

Əməliyyata Portuqaliya Hərbi Hava Qüvvələri, Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA), ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsi (DEA) də cəlb olunub.

Polis həmçinin Lissabonda yerləşən dənizdə narkotik qaçaqmalçılığı üzrə mərkəzin istintaq məlumatlarından istifadə edib. Bu mərkəz səkkiz Avropa Birliyinə üzv ölkələrin (Belçika, Fransa, Almaniya, İrlandiya, İtaliya, İspaniya, Niderland və Portuqaliya) polisi ilə əməkdaşlıq edir.

Portuqaliya rəsmiləri bu əməliyyatı Latın Amerikası ilə Avropa arasında fəaliyyət göstərən beynəlxalq narkotik qaçaqmalçılığı şəbəkələrinə vurulan növbəti zərbə kimi qiymətləndiriblər.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar