Gələn il pensiyalara 7 milyard 993 milyon manat, müavinət, təqaüd, kompensasiyalara 2 milyard 144 milyon manat ayrılması nəzərdə tutulur
Bakupost.az xəbər verir ki, növbəti ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müavinət, təqaüd və kompensasiyaların ödənilməsi üçün 178,5 milyon manat və ya 9,1% çox olmaqla 2 milyard 144 milyon manat nəzərdə tutulur.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Təbii ehtiyatlar, energetika və ekologiya, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında bildirib.
O qeyd edib ki, həmçinin 2026-cı il üzrə pensiyaların maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulub.
“Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üzrə ümumi xərclərinin 8 milyard 483 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bunun da 96,6% və ya 8 milyard 196 milyon manatı əhaliyə ödənişlərin payına düşür. Bu göstərici 2024-cü illə müqayisədə 1 milyard 534 milyon manat, 2025-ci illə müqayisədə isə 788 milyon manat çoxdur”,- nazir bildirib.