Ru
16:11 / 10 Mart 2023

Sirkin yaxınlığındakı atışma terrordurmu? - Ekspertdən açıqlama

16983
Xəbər verdiyimiz kimi, bu gün Bakı Dövlət Sirkinin yaxınlığında atışma olub.


Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Qeyd edək ki, hipermarketdə hücumu da nəzərə alsaq, bu, bir həftə ərzində Bakıda baş verən ikinci silahlı insidentdir.


Bu hadisələrin ard-arda baş verməsi təsadüfdür, yoxsa doğrudan da hansısa qüvvələr paytaxtda qarışıqlıq yaratmaq istəyir?


Məsələ ilə bağlı keçmiş MTN-in polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Bakupost.az -a danışıb.


Onun fikrincə, bu hadisələrin terrorla əlaqəsi yoxdur:

“Marketdəki atışma oğurluq və quldurluq məsələsi idi. Orada heç bir terror və dövlətə təzyiq cəhdi yox idi. Bu hadisəyə gəlincə, yetərincə məlumat olmadığı üçün dəqiq şərh vermək hələ ki mümkün deyil. Son vaxtlar Azərbaycanda cinayətkar qruplaşmalar əmələ gəlib. Həm də əhali maddi cəhətdən kasıblaşdıqca cinayətə meyl artır. Bakı Dövlət Sirkinin yaxınlığında baş verən insidentin terror hadisəsi olduğuna inanmıram”.




Aynur İbrahim
BakuPost




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər