Ru
13:28 / 24 İyun 2020

Şirməmməd Hüseynov haqqında yeni kitab hazırlandı

Şirməmməd Hüseynov haqqında yeni kitab hazırlandı
Eye

Milli-mənəvi irsimizin görkəmli tədqiqatçısı, böyük alim və publisist, professor Şirməmməd Hüseynov haqqında yeni kitab işıq üzü görüb.

“Elm və təhsil” nəşriyyatının ərsəyə gətirdiyi “Haqqın səsi” adlı kitabın müəllifi tanınmış araçdırmaçı və pedaqoq Ramiz Orsərdir.

Kitabda professor Ş.Hüseynovun bioqrafiyası, onun portret cizgiləri, milli tariximizin müxtəlif problemlərinə, o cümlədən Cümhuriyyət tarixinə dair qiymətli tədqiqatları haqqında geniş söz açılıb.

Kitaba giriş sözü yazmış filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli onu “millət yaddaşının keşikçisi olan Ş.Hüseynovu milli məfkurə və milli yaddaş işığında təqdim edən əsər” kimi qiymətləndirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar